SQQ Derada Qərb istehsalı olan çox sayda hərbi texnikanı ələ keçirib - VİDEO
Oxunub: 4399
19:11
05 İyul 2018
Suriya ordusu Deranın azad edilməsi üçün apardığı əməliyyatlar zamanı terrorçu və üsyançılardan çox sayda silah-sursat və hərbi texnika ələ keçirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Suriya Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bildirilib ki, ərazinin terrorçu qruplaşmalardan və Azad Suriya Ordusundan geri alınmasından sonra bölgədə xeyli miqdarda silah-sursat və hərbi texnika tapılaraq müsadirə olunub.
Ələ keçirilən hərbi vasitələrə tanklar və zirehli transportyorlar, avtomat silahlar üçün mərmi, qaz maskaları, mina tralı, raket atıcı maşınlar və s. daxildir.
Qeyd edək ki, bu silahların böyük bir qisminin Azad Suriya Ordusu qüvvələrinə məxsus olduğu bildirilir.