Türkiyə Pakistana 4 korvet satacaq

2018/07/1530784323_1530788824.jpg
Oxunub: 3776     19:01     05 İyul 2018    
Türkiyə Pakistan donanmasına dörd ədəd korvet satacaq.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Onun sözlərinə görə, korvetlərlə satışı ilə bağlı ötən il imzalanan Anlaşma Memorandumu əsasında nəhayət son saziş bağlanıb.

Canikli bu müqavilənin Türkiyə müdafiə sənayesinin həyata keçirdiyi ən bahalı birdəfəlik hərbi satış olduğunu və buna görə də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Pakistan   Korvet  


Bizi "telegram"da izləyin