Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə yeni ləvazimatın istehsalçı şirkəti “Technology R&D Enterprise”nin mətbuat katibi Sergey Ananişin bildirib.
Onun sözlərinə görə, materialın istehsalı ölkənin təyyarə istehsalçı şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Bu örtük döyüş təyyarələrinin düşmən radarları tərəfindən aşkarlanmasını əhəmiyyətli dərəcədə çətinləşdirəcək.
Ananişin yeni texnologiyanın artıq yerli təyyarə istehsalı sənayesində istifadə edildiyini bildirib. “Rostec Ənənəvi Silahlar, Mərmilər və Xüsusi Kimya” qrupunun sənaye üzrə rəhbəri Sergey Abramov örtük texnologiyasının heç bir zəif tərəfinin olmadığını vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az