İndi sənaye, orduların aktiv mühafizə sistemli tanklar üzərində üstünlük əldə etməsi üçün tank əleyhinə yeni texnologiyadan istifadə etməsini, zirehli vasitələrin elektronikasına zərər verə biləcək və ya mühafizə sistemlərini faydasız vəziyyətə gətirməyə imkan verəcək elektoromaqnit impulsa malik başlıqlardan (EMP) istifadəni nəzərdən keçirir.
Belə konsepsiya üzərində çalışan şirkətlərdən biri də Almaniyanın TDW şirkətidir. Hazırda TDW, aktiv mühafizə sistemləri ilə təchiz edilən düşmən tanklarının radioelektron basdırılması və onların zəiflətmək üçün nəzərdə tutulan elektromaqnit döyüş başlığı hazırlamaqda davam edir.
Yaxınlaşan raketləri aşkar və məhv etmək üçün nəzərdə tutulan aktiv mühafizə sistemlərinin zəif nöqtəsi onların sensorlardan asılı olmasıdır. Bu sensorlar özləri isə radioelektron müdaxilələrə və elektromaqnit impulsa qarşı həssaslıq nümayiş etdirir.
TDW şirkətinin yeniliyi elektromaqnit impulsun köməyi ilə ilk növbədə sensorlar və elektronikanı söndürür, sonra isə adi başlıqla tankı məhv edir.
EMP döyüş başlığı, yüksək tezlikli radio dalğalardan və kondensatorlardan ibarət qaynağı olan antenaya sahib unikal bir sistemdən istifadə edir. O, müxtəlif ölçülü raketlərə inteqrasiya edilə bilər.
Döyüş başlığının əsas xüsusiyyəti partlayıcı maddənin enerjisini güclü bir elektromaqnit impulsa çevirən partlayıcı-maqnit generatorundan ibaətdir.
İsveçin "Bofors Defense" müdafiə şirkətinin elektromaqnit sursat konsepsiyası
TDW nümayəndəsinin sözlərinə görə, sistemin prototipləri hazırlanıb və sınaqları keçirilib. Bu texnologiyaya böyük maraq göstərdiyinə baxmayaraq, şirkət hələ də bu döyüş başlığını tam şəkildə inkişaf etdirməyə imkan verəcək başlanğıc müştəri axtarır.
"Biz prototiplərə sahibik və bəzi sınaqları keçirdik ... Tam hazırlıqlı EMP başlığı əldə etməzdən əvvəl biz bir neçə addım daha atmalıyıq. Döyüş başlığının gələcək inkişafı müştəridən asılıdır... Hal-hazırda inkişaf TDW tərəfindən maliyyələşdirilir... Bu inkişafı müəyyən bir səviyyəyə çatdırıla bilər. Sonra isə son inkişaf konkret müştərilər üçün həyata keçiriləcək", - deyə şirkətin sözçüsü bildirib.
TDW döyüş başlıqları bütün dünyada satılan bir zamanda, Rusiyanın yeni "Armata" tanklarına quraşdırılan aktiv qorunma sistemlərinin açıq şəkildə irəliləməsindən narahat olan Avropa ölkələri bu başlıqlara xüsusi maraq göstərir. Bu yaxınlarda keçirilən "Eurosatory 2018" sərgisində bu sistemlərə göstərilən xüsusi diqqət, Rusiya tanklarının Avropa üçün yaratdığı real təhlükələrlə bağlı olmasını bir daha sübut edir.
https://topwar.ru/143114-eurosatory-2018-novaya-elektromagnitnaya-boegolovka-prednaznachennaya-dlya-neytralizacii-sistem-aktivnoy-zaschity.html
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az