ABŞ Quru Qoşunları gələcəkdə effektivliyi artırmaq məqsədilə Süni Zəkalı “cloud” hesablama, məlumat analizi və digər texnoloji üstünlüklərdən istifadə edə bilər.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə QQ-nin komandir köməkçisi general-leytenant Qven Binqam danışıb.
“Gələcək yerləşdirmələr üçün planlaşdırma ABŞ QQ-nin ən yeni təşəbbüsüdür. Bunun üçün 18 milyard büdcə ayrılıb. Büdcə çərçivəsində 156 layihə planlaşdırılıb”, - deyə o bildirib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
SZ
ABŞ
QQ