Krımdakı HHM bölüyü “Pantsir-S1” sistemi ilə silahlanıb

2018/06/6456_1528267094.jpg
Oxunub: 1983     14:37     06 İyun 2018    
Rusiyanın Krımdakı Havadan Müdafiə bölüyü qısa-orta mənzilli “Pantsir-S1” yer-hava raket sistemləri ilə təchiz edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin 4-cü Hava Qüvvələri və Havadan Müdafiə bölüyünün komandiri Viktor Sevostyanov bildirib.

Onun sözlərinə görə, bölgədəki bütün yer-hava raket bölükləri sözügedən raket komplekslərini qəbul edib.

Qeyd edək ki, quru və dəniz üçün nəzərdə tutulan “Pantsir-S1” HHM sistemləri gecə-gündüz mühitində geniş müdafiə imkanları təmin edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Krım   HHM  


Bizi "telegram"da izləyin