“Thales” 2018-2021-ci illərdə gəlirlərini artırmağı hədəfləyir

2018/06/4846984655_1528263854.jpg
Oxunub: 3906     13:52     06 İyun 2018    
Fransa Müdafiə şirkəti “Thales” 2018-2021-ci illər ərzində satışlarının həcmini və gəlirlərini artırmağı hədəfləyib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin dövr ərzində şirkət 3-5% arası böyümə planlaşdırır. “Thales” həm də 2021-ci ilə qədər marka dəyərini də 11-11,5% artıracağını düşünür.

Qeyd edək ki, kompaniyaya tədqiqat və təkmilləşdirmə məqsədilə ayrılan vəsaitlərin həcmi hazırda 1 milyard dollardır və bu rəqəmin qarşıdakı 3 il ərzində 1,2 milyard dollara yüksəldiləcəyi proqnozlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Fransa   Müdafiə-şirkəti  


Bizi "telegram"da izləyin