Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ötən gün Qərbi Anbar yaxınlığında baş verib.
Məsələ ilə bağlı münasibət bildirən İraq ordusunun komandiri Əl-Həşd Əl-Şaabi İŞİD terrorçularının zərərsizləşdirildiyini bildirib: “Sərhədlərimizə təhdid yaradan İŞİD terrorçuları anındaca ordumuzunun sərhəd qüvvələri tərəfindən zərərsizləşdirilib. Sərhədlərin mühafizəsi zamanı ordu artilleriya dəstəyi ilə təchiz edilib”.
Qeyd edək ki, qarşıdurma zamanı İraq ordusu itki verməyib. Qarşı tərəfin itkiləri ilə bağlı isə rəsmi bir məlumat yoxdur.
Dəyanət Ağalarlı
Ordu.az