Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.
“Hər şeydən öncə Şimali Koreya onun nüvə və raket sınaqlarını başa çatdıracağını elan edib. Üstəlik onun əsas nüvə sınağı poliqonlarından biri sıradan çıxarıldı. Əlbbəttə ki, bunlar nüvəsizləşdirmə istiqamətində praktiki addımlardır”, - deyə Putin qeyd edib.
O bildirib ki, Pxenyanın təhlükəsizlik üçün irəli sürdüyü tələbləri məntiqidir. Şimali Koreyanın gələcək addımı dövlətlər tərəfindən təhlükəsizliyə zəmanətin təmin edilməsidir.
Putin Birləşmiş Ştatlar və Cənubi Koreyanın hərbi təlimləri dayandırmamasından təəssüflüyünü ifadə edib və bildirib ki, bu təlimlər gərginliyin azalmasına xidmət etmir.
Ağalar Ağalarlı
Ordu.az