Rusiyanın supersəs qırıcıları – NATO onlardan qorxur

2018/06/received_2554984688061017_1528215707.jpeg
Oxunub: 4428     00:25     06 İyun 2018    
Sovet ittifaqının Su-27 “Flanker” qırıcı təyyarələri əsasında hazırlanan Su-34 “Fullback” Rusiya Hərbi Hava Qüvvələrinin uzaq mənzilli hücum təyyarəsidir.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Kremlin Suriyadakı kampaniyası ərzində yüksək performans sərgiləyən Su-34-lər hələ Sovet İttifaqının son günlərində təkmilləşdirilirdi.

Su-34-ün konseptual təməlləri 1983-cü ildə atılıb. O vaxt SSRİ uzun müddətdir xidmətdə olan Su-24 “Fencer” bombardmançılarının əvəzlənməsi istiqamətində işlər görürdü.

1980-ci illərin ortalarında Sovetlərin qırıcıda etdiyi modernizasiya işlərindən sonra təyyarənin həcmi 30%-ə qədər artsa da, maksimum sürəti Mach 1.6 səviyyəsinə düşdü.

SSRİ dağılmazdan əvvəl 1990-cu ilin aprelində T-10V-1 prototipinin uçuşu həyata keçirilib. SSRİ-nin dağılması ilə Su-27 üzərindəki təkmilləşdirmə işləri də zəiflədi. Yalnız Rusiya Federasiyasının iqtisadi çətinliklərdən yaxa qurtarması ilə Moskva təkmilləşdirməni tamamlaya və Su-34-ü ərsəyə gətirə bildi.

Rusiya HHQ ilkin olaraq 2005-ci ildə 5 təyyarə sifariş versə də, 2008-ci ildən sonra kütləvi sifarişə başladı. Bu vaxta qədər HHQ 114 Su-34 alıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   Su-34  


Bizi "telegram"da izləyin