ABŞ donanması NSM-in istehsalı üçün bu firmalarla razılaşıb

2018/06/received_2554985778060908_1528215504.jpeg
Oxunub: 2303     00:09     06 İyun 2018    
ABŞ donanması Dəniz Hücum Raketinin (NSM) istehsalı üçün “Raytheon” və “Kongsberg” şirkətlərilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 14,8 milyon dollardır. Müqavilə əsasında “Raytheon” və “Kongsberg” sözügedən silah sistemlərinin istehsalı və çatdırılmasını təmin edəcək.

NSM-lər 1000 dəniz mili mənzilə sahibdirlər. ABŞ donanması bu raketləri özünün sahil döyüş gəmiləri və gələcək freqatlarına quraşdırmağı planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NSM   Raytheon  


Bizi "telegram"da izləyin