Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sənəd Ukrayna-NATO birgə işçi qrupunun mayın sonlarında Odessada baş tutan görüşündə imzalanıb.
Yol xəritəsində Ukrayna tərəfi üçün bir neçə yeni tapşırığı müəyyən edib. Bunlara NATO ilə birlikdə müdafiə sferasında standartlaşma və kodlaşdırma üzrə ortaq milli sistemlərin təkmilləşdirilməsi, təhlükəsiz sursat depolanması sahəsində əməkdaşlıq, NATO və Ukraynanın müdafiə təşəbbüsləri arasında əlaqələrin artırılması və s. daxildir.
Ağalar Ağalarlı
Ordu.az