Suriya HHQ terrorçuların mövqelərinə aviazərbələr endirib – VİDEO

2018/06/4_1528203555.jpg
Oxunub: 3124     20:58     05 İyun 2018    
Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İdlib bölgəsində terrorçuların mövqelərinə aviazərbələr endirib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə orduya yaxın mənbələr bildirib.

Məlumata görə, quru qoşunlarının artilleriya bölükləri ilə koordinasiyalı şəkildə həyata keçirilən hücumda “Təhrir əş-Şam” terrorçuları hədəf alınıb.

Endirilən zərbələr nəticəsində terrorçuların minaatan və artilleriya mərmiləri hazırladığı obyekt dağıdılıb.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   HQQ  


Bizi "telegram"da izləyin