Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.
Avstriyanın ORF televiziyasına müsahibə verən Putin Ukrayna məsələsinin yeganə problem yox, çoxsaylı problemlərin biri olduğunu bildirib.
O qeyd edib ki, Ukrayna İsveç və ya Avstriya kimi neytrallığını elan etsə və NATO-ya qoşulmasa, içində olduğu problem də həll ola bilər.
“Lakin mən çox az adamın bildiyi şeyləri sizə xatırlatmalıyam. Ukrayna müstəqilliyinin ideoloqları, Ukrayna millətçiləri suveren Ukrayna dövlətinin yaradılmasında təkid edirdilər. Onların əksəriyyəti eyni zamanda Rusiya ilə yaxşı əlaqələrin saxlanmasının da zəruriliyini qəbul edirdilər. Bu, hazırda Ukraynada olan ən həssas daxili məsələlərdən biridir. Ukrayna özü özünə etdi”, - deyə Putin vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az