Pakistan TQ 6 terrorçunu zərərsizləşdirib

2018/06/498484684_1528196072.jpg
Oxunub: 2027     18:50     05 İyun 2018    
Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgəsində 6 terrorçunu məhv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paxtunkva və Baloçistan bölgələrində meydana gələn iki fərqli qarşıdurmada ümumilikdə 6 terrorçu zərərsizləşdirilib.

Pakistan təhlükəsizlik qüvvələrindən dörd nəfər və müşahidə məqsədilə bölgədə uçuş edən Pakistan Hərbi Hava Qüvvələrinin bir pilotu yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Terror   Əfqanıstan    


Bizi "telegram"da izləyin