İŞİD yeni hücumla İraq sərhədinə yaxınlaşıb

2018/06/1984984_1528194492.jpg
Oxunub: 3722     18:19     05 İyun 2018    
İŞİD terrorçuları Suriyanın Deyr əz-Zor vilayətinə yeni hücum həyata keçirərək İraqla sərhəd bölgəsinə bir qədər də yaxınlaşıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, İŞİD dünən Deyr əz-Zora böyük hücum həyata keçirib.

Meydana gələn qarşıdurmalardan sonra terrorçuların Baquz əl-Taxtani qəsəbəsinə yenidən girməyə nail olduğu iddia edilir. Əgər xəbərin doğruluğu təsdiqini taparsa, bu o deməkdir ki, terrorçular Suriya-İraq sərhəd nöqtələrindən birinə nəzarəti ələ keçiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   İraq   Suriya  


Bizi "telegram"da izləyin