Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
O, Münbic modelinin başa çatmasından sonra onun YPG-nin işğal etdiyi digər sahələrə də tətbiq ediləcəyini də ifadə edib.
Çavuşoğlu dünən Pompeo ilə baş tutan görüşü barəsində bunları bildirib: “Silahlar YPG-dən alınacaq. Atılacaq addımlar ABŞ-la pozulan əlaqələrin düzəlməsi üçün yeni bir fürsətdir. Buna görə də, bu yol xəritəsinin tam şəkildə tətbiq edilməsi zəruridir. Hər iki tərəfdə də bu qərarlılıq var”.
O, YPG-nin bölgədən çəkilməsində heç bir üçüncü ölkənin rolunun olmayacağını vurğulayıb. Bura həm Fransa, həm Britaniya, həm də Brüssel daxildir.
Ağalar Ağalarlı
Ordu.az