Qarsda Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb

2018/06/456456_1528121651.jpg
Oxunub: 2616     22:10     04 İyun 2018    
Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

MN-dən Ordu.az-a verilən məlumata görə, birgə taktiki təlimin son günü "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Təlimlər  


Bizi "telegram"da izləyin