ABŞ, Britaniya və Fransa şimali Suriyada yeni hərbi bazalar qurur

2018/05/14684654515_1527774112.jpg
Oxunub: 1593     21:40     31 May 2018    
ABŞ prezidenti Donald Trampın ABŞ qoşunlarını Suriyadan çəkməyi nəzərdən keçirməsinə baxmayaraq, Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birlikdə Suriyanın şimal-şərqində yeni hərbi bazalar tikməyə davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sonuncu tikilən bazalarla birlikdə müttəfiq qüvvələrin Münbic yaxınlığındakı hərbi obyektlərinin sayı az qala iki dəfə artıb.

Yeni bazalarla bağlı ilk iddialar hələ ötən aydan yayılsa da, bu yaxınlarda “Reuters” tərəfindən təsdiqini tapıb.

Xatırladaq ki, Afrinin nəzarətə götürülməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan YPG-nin Münbicdən çıxarılmasının da nəzərdən keçirildiyini elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Fransa   Suriya  


Bizi "telegram"da izləyin