Ordu.az “Kazinform” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Baykanur” kosmodromundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, “Zenit” raket kompleksi obyektlərinin Rusiya tərəfindən Qazaxıstana istifadə üçün icarəyə verilməsinin müddətləri hökumətlərarası komissiya ilə təsdiq olunub. Təhvil vermə prosesi martın 1-dən başlayıb.
Ümumilikdə Qazaxıstana 45 nömrəli start meydançasında duran iki buraxılış qurğusu, 42 nömrəli meydançadakı montaj-sınaq gövdəsi ilə texniki kompleks və 44 nömrəli meydançadakı yoxlama məntəqəsi verilməlidir.
Ağalar Qəribov
Ordu.az