İsrail Müdafiə naziri Rusiyaya yola düşüb

2018/05/64865146845_1527704484.jpg
Oxunub: 4109     02:21     31 May 2018    
İsrail Müdafiə naziri Aviqdor Liberman rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya səfər edib.

Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, Liberman uçuşdan öncə öz tviter hesabından bu barədə məlumat paylaşıb.

“Mən Rusiyaya işgüzar səfər etmək üzrəyəm”, - deyə Libermnan tvitdə qeyd edib. O, səfəri çərçivəsində əsasən İran və onun Suriyadakı tərəfdaşlarına fokuslanacağını açıqlayıb.

Xatırladaq ki, bu həftənin bazar ertəsi İsrail və Rusiya İran və Hizbullahın Suriya-İsrail sərhədindən uzaqda saxlanmasına dair razılığa gəlib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liberman   Rusiya   İran   İsrail  


Bizi "telegram"da izləyin