Qazaxıstanda müdafiə sənayesi kompleksinin inkişafı fondu yaradılacaq

2018/05/2445-Behbud-Atamkulov_1527686812.jpg
Oxunub: 3233     21:53     30 May 2018    
“Qazaxıstan Müdafiə və Aerokosmik Sənaye Nazirliyi müdafiə sənayesi kompleksinin inkişafı fondunu yaratmağı təklif edir”.

Ordu.az Vlast.kz saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə və aerokosmik sənaye naziri Behbud Atamkulov bəyan edib.

“Müdafiə sənayesi kompleksinin inkişafı üçün iqtisadi tədbirlərin görülməsi məqsədilə müdafiə sənayesi kompleksinin inkişafı fondunun yaradılması təklif edilir,” – deyə Atamkulov bildirib.

O qeyd edib ki, bu fondun yaradılması Qazaxıstanda həm müdafiə sənayesi kompleksinin, həm ordunun, həm müasir texnologiyaların inkişafına, həm də yeni investisiyaların cəlbinə yol açacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Müdafiə-Sənayesi-Kompleksi  


Bizi "telegram"da izləyin