Britaniya HDQ ilk modernləşmiş AW-101-lə təchiz edilib

2018/05/2447-AW-101-Merlin-Commando_1527687952.jpg
Oxunub: 4404     21:45     30 May 2018    
“Böyük Britaniya Hərbi Dəniz Qüvvələri ilk modernləşmiş AW-101 “Merlin Commando” helikopteri ilə təchiz edilib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə alışları naziri Quto Bebb bəyan edib.

“Yeni helikopterlər Böyük Britaniya dəniz piyadalarının aviasiya qolu tərəfindən istifadə olunacaq”, - deyə Bebb bildirib.

O qeyd edib ki, Britaniya HDQ üçün ümumilikdə 20 ədəd AW-101 “Merlin Commando” helikopteri modernləşdiriləcək və son helikopter donanmaya 2020-ci ildə təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Merlin-Commando  


Bizi "telegram"da izləyin