SQQ Deraya əlavə qüvvə cəmləyib

2018/05/164868789_1527677534.jpg
Oxunub: 4209     18:52     30 May 2018    
Suriya Quru Qoşunları bu gün Dera vilayətindəki terrorçulara qarşı tezliklə əməliyyat başlatmaq məqsədilə əraziyə əlavə texnika və canlı qüvvə toplayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ərazidə olan yerli mənbələr məlumat yayıb.

Məlumata görə, yeni qüvvələr vilayətin cənub hissəsinə toplanıb. Əsgərlərlə yanaşı xeyli sayda hərbi texnika da bölgəyə göndərilib.

Eyni zamanda Küneytrə vilayətinə də yeni qoşunlar yerləşdirilib. Digər tərəfdən son 24 saat ərzində müxtəlif istiqamətlərdə baş verən atışmalarda ondan çox terrorçu zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Dera   Suriya   Terror  


Bizi "telegram"da izləyin