İranda hərbi təyyarə qəzaya uğrayıb: 2 ölü

2018/05/2430_1527676415.jpg
Oxunub: 3290     18:34     30 May 2018    
İranın paytaxtı Tehran yaxınlığında hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran Hərbi Hava Qüvvələrinə məxsus hərbi təlim təyyarəsi dünən axşam saatlarında Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Xəbər verilir ki, təyyarə İsfahandan səmaya qalxıb. Təyyarənin qəzaya uğradığı yer yaşayış ərazisi olmayıb. Qəza nəticəsində təyyarədə olan hər iki nəfər həlak olub.

İlkin məlumatlara görə, qəzanın səbəbi texniki nasazlıqdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Tehran   Qəza  


Bizi "telegram"da izləyin