Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Söhbətin Koreya yarımadasının nüvə problemi, İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı, Ukraynanın daxili münaqişəsi və ya Suriyada terrorizmlə müharibədən getməsindən asılı olmayaraq biz yenidən və yenidən əmin oluruq ki, ultimatumlar və güc təzyiqləri, o cümlədən xəbərdarlıqlar, həmçinin vester filmləri, yaxud “Ulduz müharibələri” üslubunda sərt beynəlxalq münaqişələrin həllinə çalışmaq uğursuzluğa düçar olacaq”, - deyə Lavrov bildirib.
O qeyd edib ki, uzunmüddətli sülhə nail olmaq üçün maraqlı olan tərəflər və beynəlxalq güclərin vahid qənaətə gəlməsi zəruridir.
Ağalar Qəribov
Ordu.az