Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.
“Birləşmiş Ştatlar gələcək sülhməramlı əməliyyatların münaqişələrin daha effektiv tənzimənməsi, yerlərdə insanların ehtiyaclarına cavab verməsi üçün daha savadlı, daha ciddi keçirilməsinə sadiqdir”, - deyə Pompeo bildirib.
O qeyd edib ki, BMT sülhməramlı missiyaları Syerre-Leonedən Kambocaya, Şərqi Timordan Namibiyaya, Liberiyadan Kot-d'İvuara qədər müxtəlif ölkələrdə sülhə nail olunmasında mühüm rol oynayıb.
Ağalar Qəribov
Ordu.az