Həftə ərzində Suriyada 9 Rusiya hərbçisi həlak olub

2018/05/456456_1527661004.jpg
Oxunub: 3901     14:15     30 May 2018    
Həftə ərzində Suriyada hökumət qoşunlarının onlarla hərbi qulluqçusu, o cümlədən 9 Rusiya hərbçisi həlak olub.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, döyüşlərdən ən qanlısı mayın 23-də Deyr əz-Zor vilayətinin Məyadin şəhəri yaxınlığındakı qanlı hücum olub.

“Ən azı 9 Rusiya hərbçisi daxil olmaqla 35 hökumətyönümlü hərbçi öldürülüb. Rusiyalılardan bir neçəsi hökumət qoşunlarına aid idi”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha öncə terrorçuların Suriya qoşunlarının artilleriya batareyasına hücum etməsi nəticəsində 4 Rusiya hərbçisinin həlak olduğunu açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiyalı-hərbçi   Ölüm  


Bizi "telegram"da izləyin