NBC: MKİ KXDR-in nüvə potensialından imtina etməyəcəyi qənaətinə gəlib

2018/05/34534_1527660508.jpg
Oxunub: 2683     14:06     30 May 2018    
ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Pxenyanın yaxın gələcəkdə öz nüvə potensialından imtina etməyəcəyi barədə bildirişinə baxmayaraq KXDR lideri Kim Çen Inla görüşmək planından imtina etmədi.

Ordu.az NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Tramp administrasiyasının 3 səlahiyyətli şəxsi bildirib.

Onların sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi gizli hesabatda qeyd edilir ki, KXDR silahsızlaşmağa çalışmır və buna razı olmayacaq.

Əlavə edilir ki, MKİ analitiklərinin qiymətləndirməsində Kim Çen Inın ABŞ-a nüvəsizləşdirməyə dair söz verməsinə baxmayaraq, onları yerinə yetirməyəcəyi, lakin ABŞ şirkətlərinin KXDR-də müxtəlif infrastrukturlara yatırımlar etməsinə icazə veriləcəyi açıqlanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   Nüvə   KXDR  


Bizi "telegram"da izləyin