Cənubi Koreya BN: Seul və Pxenyan bütün mübahisələri dialoqla həll edəcək

2018/05/567567_1527659022.jpg
Oxunub: 1813     13:55     30 May 2018    
“Cənubi Koreya və KXDR bütün ikitərəfli mübahisəli məsələləri dialoq yolu ilə həll edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Pek De Xyon bəyan edib.

“Cənub və Şimalın mövqeyi dəyişilməz olaraq qalır – biz bütün məsələləri dialoq yolu ilə həll edəcəyik”, - deyə Xyon bildirib.

Qeyd edib ki, Pxanmundcom bəyannaməsinə əsasən tərəflər humanitar məsələlərin tez həlli üçün tədbirlər görəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR   Danışıqlar  


Bizi "telegram"da izləyin