Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis Yaponiyadan olan həmkarı İtsunori Onodera ilə görüş çərçivəsində bəyan edib.
“Vaşinqton Yaponiyaya təhdid olan orta mənzilli sistemlər də daxil olmaqla KXDR-in bütün ballistik raketlərinin məhv edilməsi üzərində işləyəcək”, - deyə Mettis bildirib.
O qeyd edib ki, ABŞ həmçinin kiçik mənzilli raketlərin məhv edilməsinə də ciddi diqqət göstərəcək.
Ağalar Qəribov
Ordu.az