Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan mayın 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Görüş zamanı Kasprşik vasitəçilik missiyasında daha yaxşı səy göstərməyə hazır olduğunu bildirib.
Tərəflər səfirin ofisi və Ermənistan müdafiə nazirliyi arasında əməkdaşlığa dair, həmçinin ikitərəfli əlaqələr sahəsində maraq doğuran digər məsələləri müzakirə ediblər.
Alpər Mövludoğlu
Ordu.az