Qarabağda erməni hərbçiləri arasında rütbə davası - DETALLAR

2018/05/234234_1526624183.jpg
Oxunub: 1051     14:51     18 May 2018    
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində birində maraqlı bir hadisə baş verib.

Ordu.az xəbər verir ki, hərbi hissədə xidmət edən 12 nəfərə növbəti hərbi rütbə verilməsi üçün təqdimat göndərilib. Lakin hərbi hissəyə nazirlikdən əmr gəldikdən sonra zabitlər xidmət yoldaşını yaxşıca əzişdiriblər. Buna səbəb olan isə təkcə bir nəfərə, İrəvan şəhər sakini olan və hamıdan az xidmət edən Arev Petrosyana növbəti hərbi rütbə verilməsidir.

Qalan hərbçilərin təqdimatları müxtəlif bəhanələrlə icra edilmədiyi halda İrəvanda yüksək vəzifəli qohumu olan A.Petrosyana tez bir zamanda rütbə verilməsi barədə gələn əmr, onun zabit yoldaşlarının qəzəbinə səbəb olub.

Qalmaqalın böyüməməsi və zabitlərin sakitləşdirilməsi məqsədilə komandanlıq yaxın vaxtlarda məsələnin həll ediləcəyini vəd edib.

Məlumatda məsələnin həllini səbirsizliklə gözləyən hərbi hissədə zabitlər arasında gərginliyin hələ də davam etdiyi bildirilir. Bu cür ədalətsizliyin hər addımda mütəmadi baş verməsi zabitlərin haqlı etirazına və hiddətinə səbəb olur.

Döyülən zabit A.Petrosyan isə hospitala göndərilib. Eyni zamanda komandanlıq onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsi barədə tədbir görməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Erməni-hərbçiləri   Rütbə-davası  

Qarabağda erməni hərbçiləri arasında rütbə davası - DETALLAR

2018/05/234234_1526624183.jpg
Oxunub: 1052     14:51     18 May 2018    