Erməni zabitlə mülki şəxs arasında dava düşüb

2018/05/23423_1526623205.jpg
Oxunub: 935     09:59     18 May 2018    
Ermənistan tərəfindən işğal olunmuş Ağdərə ərazisində yerləşdirilən düşmən ordusu bölmələrindən birində hərbi hissə komandiri ilə mülki şəxs arasında dava olub.

Ordu.az xəbər verir ki, erməni zabit tərəfindən döyülərək qovulan şəxs, hərbi hissədə təmir işləri yerinə yetirən briqadanın iş icraçısıdır.

Gördükləri işin pulunu fəhlələrə ödəyə bilməyən yeməkxana rəisi Ovik Aramyan bunun müqabilində briqada üzvlərinə konserv vermək qərarına gəlib.

Fəhlələrin həddindən çox konserv istədiyini bəhanə edən alay komandiri Feliks Elazyan onları nalayiq söyüşlərlə söyərək təhqir edib. Bunu görən iş icraçısı ilə zabit arasında başlayan mübahisə sonradan əməlli başlı əlbəyaxa davaya çevrilib.

Nəticədə hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Erməni-əsgər   Dava  

Xəbər lenti

Erməni zabitlə mülki şəxs arasında dava düşüb

2018/05/23423_1526623205.jpg
Oxunub: 936     09:59     18 May 2018    