Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarbağdakı bir sıra qanunsuz bölmələrdə komandir toplanışları keçirilib.
Məlumata görə, rabitə hərbi hissələrindən birinin bazasında rabitə sahəsi üzrə zabit heyəti də toplanışlara cəlb edilib.
Həmçinin hərbi hissələrin hava hücumundan müdafiə, arxa cəbhə təminatı üzrə zabitlər, maddi texniki təminat üzrə bölük komandirləri, mənzil-kommunal istismar xidməti ixtisasları üzrə zabitlər də toplanışlara cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az