XİN rəhbəri: "İntensiv danışıqlara hazırıq" (YENİLƏNİB)

2018/05/345345_1526382526.jpg
Oxunub: 2167     17:38     15 May 2018    
Xarici işlər naziri Elmar Məmmədyarov 15 may tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.

Ordu.az xəbər verir ki, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

***

Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb.

Ordu.az xəbər verir ki, görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Ordu.az

Teqlər: XİN   Paris   ATƏT   Qarabağ  

Xəbər lenti

XİN rəhbəri: "İntensiv danışıqlara hazırıq" (YENİLƏNİB)

2018/05/345345_1526382526.jpg
Oxunub: 2170     17:38     15 May 2018    