Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan 3-cü qarnizon istintaq şöbəsində müddətli xidmət hərbi qulluqçusu çavuş Şamxal Petrosyanın hansı şəraitdə yaralanmasının müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
Ermənistanın istintaq komitəsindən yayılan məlumata görə, dünən saat 22:35 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində, mövqelərimizə qarşı təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər Şamxal Seyranoviç Petrosyan qarın nahiyyəsini dəlib keçən ağır odlu silah yarası alıb.
O, hərbi hospitala təxliyyə edilib, əməliyyatdan sonra vəziyyəti ağır qiymətləndirilib.
Araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az