Putinin köməkçisi: “Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayır”

2018/05/2016-Yuri-Uşakov_1526046112.jpg
Oxunub: 1865     21:40     11 May 2018    
“Rusiya Birləşmiş Ştatlar və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayır”.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

“Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsdrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində aktiv rol oynayır”, - deyə Uşakov bildirib.

O qeyd edib ki, mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan görüşərək regional təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya   Ermənistan   Minsk-Qrupu  


Bizi "telegram"da izləyin