Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Qarabağda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Təxribatçı açılamalar verən erməni nazir danışıqlar prosesində Madrid prinsiplərinə toxunub.
"Azərbaycan və Ermənistan Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazır olduqlarını bəyan ediblər. Ancaq biz stereotiplərlə irəliləməməliyik, biz başa düşməliyik ki, məqsəd danışıqlar aparmaq yox, münaqişənin həll edilməsidir" - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az