Rəsmi Bakı Paşinyanın Qarabağ bəyanatına cavab verdi

2018/05/Azərbaycan-Respublikası-Xarici-İşlər-Nazirliyi-AR-XİN-715x400_1525799483.jpg
Oxunub: 1395     01:07     09 May 2018    
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilkin bəyanatları cavabdan çox suallar doğurur və anlaşılmır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib: "Bu nədir? Sadəlövhlük, predmeti bilməzlik, qalibin qürrələnməsi və ya bütün bunların hamısı birlikdə?! Yaşayarıq, görərik. Hər halda, prosesin başlanğıcında Azərbaycan deyirdi ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, regionda formalaşan vəziyyəti ayıq qiymətləndirə və münaqişənin nizamlanması üzrə Ermənistan və erməni xalqı üçün həyati əhəmiyyətli qərar qəbul edə biləcək güclərin gəlişinə ümid edir".

Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu deyib. O, rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt irəli sürüb. N.Paşinyan deyib ki, Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir. Təbii ki, Paşinyanın şərti qəbuledilməzdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   Nikol-Paşinyan  


Bizi "telegram"da izləyin