Rusiyalı ekspert: “Zamanı uzatmaq da olar, ani bir zərbə ilə Ermənistanı bitirmək də”

2018/05/345345-(2)_1525783824.jpg
Oxunub: 3681     20:47     08 May 2018    
Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan özünün parlamentdəki çıxşı çərçivəsində mayın 9-da işğal edilən Azərbaycan torpaqlarına səfər edəcəcəyini açıqlayıb. Daha öncə o daha bir bəyanatla çıxış edərək Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququndan bəhs etdi, bu isə erməni hökumətinin yeni rəhbərinin Azərbaycanla konfrantasiya yolunu davam etdirəcəyini göstərir.

Bununla əlaqədar olaraq Ordu.az redaksiyası məşhur rusiyalı hərbi ekspert Aleksey Xlopotova “Ermənistanın yeni baş bazirinin Qarabağ üzrə yolverilməz mövqeyini nəzərə alaraq yaxın zamanlarda irimiqyaslı Azərbaycan-Ermənistan müharibəsini gözləməyə dəyərmi?” sualı ilə müraciət etdi.


A. Xlopotovun sözlərinə görə, Nikol Paşinyanın baş nazir seçilməsi ilə regionda münaqişəlilik və gərglinlik yalnız artacaq.

“Hər şeydən öncə bu, daxili siyasi vəziyyətlə əlaqədardır. Hakimiyyətin saxlanması və daxili siyasi haqq qazandırılmasının təsdiq edilməsi və hər şeydən öncə iqtisadi problemlər üçün doğru resept var – tez-tez bilavasitə hərbi qarşıdurmalara getməyə hazır xarici düşmənin axtarışı. Bununla belə, Rusiyaya prezident seçkilərindən sonra çəkindirici amil kimi yanaşmaya ümid qalır və Rusiya Federasiyasında yeni-köhnə baş nazirin elan edilməsi də nəzərə alınır. Rusiya ən yaxın gələcəkdə eyni anda bir neçə cəbhədə döyüş fəaliyyəti aparmalı olacaq.

Eyni zamanda KTMT bloku bir neçə yerdən çat verir. Qərb istiqamətindən Belarus, şərq istiqamətindən Qazaxıstan ondan çıxmağa dair təhdidlər irəli sürür. Rusiya cəmiyyəti daxilində də gərginlik artır. Bununla belə, Ermənistandakı sosial-iqtisadi vəziyyət bir çox cəhətlərinə görə Rusiyadakına bənzəyir. Paşinyan sehrbaz deyil və yaxın prespektivdə vəziyyəti yaxşılaşdıra bilməyəcək. Onun yalnız bir çıxış yolu qalacaq – müharibə etmək və xalqın bütün əzablarını hərbi vəziyyətlə əlaqələndirmək. Təbii ki, bu, fövqəladə haldır və mənə elə gəlir ki, Paşinyan kimi siyasətçi kimi bunu yaxşı dərk edir. Ermənistan və Azərbaycan Silahlı Qüvvlərinin müqayisəsi yolverilməzdir. Tammiqyaslı hərbi əməliyyatların başlaması anında müharibənin nə qədər tez bitməsi yalnız Bakıdan asılı olacaq: zamanı uzatmaq da olar, ani bir zərbə ilə Ermənistanı bitirmək də. Buna görə də Paşinyan indi özü üçün dəhşətli ola biləcək vəziyyətdə bir qaynarlıq dərəcəsi, bir növ sərhəd yaratmaq istəyir. Təbii ki, sərhəddə və hər şeydən öncə Qarabağda vəziyyət qabaqlayıcı templərlə inkişaf edəcək. Artıq ən yaxın gələcəkdə hərbi provokasiya və yeni qurbanlar, o cümlədən hər iki tərəfdə dinc əhali arasında itkilər gözləməyə dəyər”, - deyə ekspert açıqlayıb.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Paşinyan   Müharibə  


Bizi "telegram"da izləyin