Ordu.az xəbər verir ki, işğalçı ordunun keçirdiyi təlimlərin bugünkü mərhələsində ağır artileriya atışları həyata keçirilib. Əsasən işğal altında olan Ağdam rayonu ərazisində keçirilən təlimlərin səsi ətraf yaşayış məntəqələrində açıq şəkildə eşidilib.
Cəbhəyanı yaşayış kəndlərinin bəzilərində partlayışlar zamanı yer titrəməsi də hiss olunub. Buna baxmayaraq, insanlar arasında heç bir təşviş yoxdur.
Elgün Gəncimsoy, Ağdam
Ordu.az