Düşmənin Qarabağda həftə ərzində keçirdiyi hərbi təxribatlar - DETALLAR (FOTOLAR)

2018/05/3_4577313486.jpg
Oxunub: 3322     17:47     08 May 2018    
İşğal altında olan Qarabağda Ermənistan Silahlı Qüvvələrinə məxsus qanunsuz hərbi birləşmələr tərkibində təxribatçı fəaliyyətlər davam edir.


Mayın 2-də işğal altında olan Qarabağda qanunsuz hərbi birləşmənin “rəhbər” heyəti də cəlb olunmaqla, qoşunların təmas xəttindəki əməliyyat vəziyyətinə həsr edilmiş müşavirə keçirilib.


Ermənistanın Qarabağdakı işğalçı komandanlığı Füzuli-Cəbrayıl-Xocavənd istiqamətindəki qoşunların təmas xəttində olub. Qoşunların təmas xəttinin qeyd olunan istiqamətində yerləşən, təşvişə düşmüş hərbi birləşmə (diviziya) komandiri polkovnik Cəlal Harutyunyan müsahibəsində bildirib ki, ehtiyat məqsədilə qoşunların cəmləşməsinə və daim hazır olmasına ehtiyac var.


Düşmən işğal altında olan Qarabağın cənub istiqamətindəki qanunsuz hərbi birləşmənin (Füzuli-Cəbrayıl istiqaməti) bir sıra hərbi hissələrində nəzarət və təlim metodiki məşğələlər keçirib. Xüsusi komissiyanın nəzarəti altında həyata keçirilən təlim metodiki tədbirləri general-leytenant Levon Mnatsakanyan da izləyib.


Bu günlərdə qanunsuz hərbi birləşmənin əlahiddə artilleriya briqadasının bölmələri batareya tərkibində cəlb edilməklə döyüş atışlı təlim keçirib. Artilleriya briqadasının komandiri polkovnik Qriqori Sahakyan təlimdə gedişatı barədə təxribatçı açıqlamalar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin