Erməni ekspert gizlinləri açdı: "Qarabağda meyiti aşkar edilən erməni əsgəri öldürülüb"

2018/05/345345_1522061376_1523901819_1525764173.jpeg
Oxunub: 1883     15:20     08 May 2018    
"Bu fakt orduda baş verən ölüm hallarının, cinayət əməllərinin ört-basdır edilməsində növbəti bir addımdır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu epress.am saytına verdiyi müsahibədə “Sülh dialoqu” təşkilatının eksperti, zərərçəkənin hüquqi varisinin nümayəndəsi Ruben Martirosyan bildirib.

O qeyd edib ki, mayın 6-da işğal altında olan Qarabağ ərazisindəki qoşunların təmas xəttinin şimal-şərq istiqamətində döyüş mövqeyində meyiti aşkar edilərək, intihar etdiyi bildirilən müddətli xidmət hərbi qulluqçusu Levon Torosyan öldürülüb. Ekspert meyitin yarılması prosesində iştirak edib.

Ekspertin sözlərinə görə, meyit üzərində 1 odlu silah yarası nəticəsində əmələ gələn xəsarətlər, yəni güllənin alt çənə nahiyyəsindən girişi və baş nahiyyəsindən çıxış izi var.

Qeyd olunan silah xəsarətindən başqa öldürülən şəxsin bədəninin dirsək nahiyyəsində bir-birinə yanaşı, eyni zamanda əmələ gələn sıyrıntılar, meyitin cinsi orqanı hissəsində qanaxmalar aşkar edilib. Buna əsaslanan ekspert iddia edir ki, baş verən hadisə intihar yox, öldürmədir.

Ekspert qeyd edir ki, əsgər ölməmişdən əvvəl onun cinsi orqanlarına zərbə endirilib. Qanaxma izləri isə zərbənin dəhşət dərəcədə güclü olduğunu isbat edir. Ehtimal olunur ki, zərbə silahın qundağı ilə vurulub və nəticədə əsgər müqavimət göstərmə qabiliyyətini tam itirib. Yaranmış vəziyyətdən istifadə edərək, onu öldürənlər silahı çənə nahiyyəsinə dirəyib və onu öldürüb. Ekspert Martirosyan əminliklə vurğulayır ki, hadisəni törədən tək olmayıb. Ölən Torosyan fiziki cəhətdən sağlam və güclü gənc olub.

Onun sözlərinə görə, odlu silah yarası çox ağır olduğundan ölüm dərhal baş verib. O, dirsəklərində olan sıyrıqların ölüm qabağı, yoxsa ölümdən sonra baş verdiyinə dair hələlik rəy verilmədiyini qeyd edib.

"Əgər Levon Torosyan intihar etmiş olsaydı bu halda hadisə yerindən meyidin yerinin dəyişdirilməsinə zərurət olmazdı. Bu fakt orduda baş verən ölüm hallarının, cinayət əməllərinin ört-basdır edilməsində növbəti bir addımdır.

Digər ölüm hadisələrinin ört basdır edilməsində olduğu kimi, bu ölüm hadisəsi də istintaq komitəsinin rəhbəri Ağvan Hovsepyanın göstərişi ilə yerinə yetirilib. Belə adamlar vəzifələrdə olduğu müddət ərzində nə Levon Torosyanın, nə də digər ölüm faktlarının üstü açılmayacaq", - deyə ekspert Martisoyan qeyd edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər   Ölüm  


Bizi "telegram"da izləyin