Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistandakı daxili siyasi proseslərə və Qarabağ münaqişəsi zonasında hökm sürən vəziyyətə toxunarkən bildirib.
Onun sözlərinə görə, Qarabağda müharibənin başlanması üçün kiçik bir qığılcıma ehtiyac var.
"Dağlıq Qarabağ münaqişəsində qeyri-adi heç bir şey yoxdur. Burada qeyri-sabitlik üçün bir balaca qığılcıma ehtiyac var", - deyə ekspert vurğulayıb.
Ordu.az