Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün, saat 01:10 radələrində Ermənistanın şimal-şərq istiqamətindəki ön xətt mövqelərindən birində meyidi aşakar edilən, 1,5 il xidmət etmiş, 20 yaşlı müddətli xidmət hərbi qulluqçusu erməni əsgər Artur Qasparyan Ermənistanın Kotayk vilayətinin Yeğvard şəhər sakini olub.
Məlumata görə, Qasparyan Ermənistanın Tavuş vilayətinin hərbi hissələrindən birində xidmət edirdi. O, ailənin tək oğlu olub, 1 bacısı var. Onun baş nahiyyəsindən aldığı odlu silah yarasından öldüyü bildirilir.
Araşdırma aparılır.
Ordu.az