Düşmən ordusunda ixtisas toplanışları keçirilib

2018/05/85804234_1525365233.jpg
Oxunub: 2410     00:32     04 May 2018    
İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmənin tabeçiliyində olan bir sıra hərbi hissələrin maddi tədris bazasında toplanışlar keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əlahiddə rabitə hərbi hissəsində keçirilən toplanışa hərbi hissələrin rabitə bölük komandirləri, rabitə qovşaqları rəisləri cəlb edilib.

Düşmənin əlahiddə mühəndis-istehkam taboru maddi tədris bazasında isə ehtiyatda olan sıravi əsgər heyəti ilə toplanış təşkil edilib.

Bundan başqa qanunsuz hərbi hissələrin səfərbərlik, nizami hissə və komplektləşdirmə bölmələri rəisləri, qərargah rəislərinin köməkçiləri, əlahiddə tibb dəstələrinin bölmə rəsilərinin də cəlb olunduğu toplanış keçirilib.

Məlumata görə, işğalçı ordunun təmir bərpa bölmələrinin komandirləri də toplanışlara cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin