Ordu.az xəbər verir ki, hadisə mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib.
Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşları kənd ərazisindəki artezyanı təmir edərkən Ağdamın işğal altındakı ərazilərindən işçilərin olduğu maşın atəşə tutulub.
Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib.
Müdafiə Nazirliyindən bildirilib ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır. Qeyd edilib ki, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Ordu.az