Erməni hərbçi təlim mərkəzində ağır xəsarət alıb

2018/05/1809_1525260018.jpg
Oxunub: 4385     19:21     02 May 2018    
İşğal olunmuş ərazilərimizdə yerləşdirilən bölmələrindən birində keçirilən məşğələ zamanı qanlı insident baş verib.

Ordu.az xəbər verir ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşdirilən bölmələrindən birində Haterk adlandırılan təlim mərkəzində keçirilən məşğələ zamanı qanlı insident baş verib.

Nəticədə 1997-ci il təvəllüdlü, 2017-ci ilin sentyabrında hərbi xidmətə çağırılan Armen İsraelyan ağır yaralanıb. Hadisə ictimaiyyətdən gizlədilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-ordusu   Ağır-xəsarət  


Bizi "telegram"da izləyin