Özünə qəsd edən erməni hərbçi Xankəndi hospitalına yerləşdirilib

2018/05/1807_1525258654.jpg
Oxunub: 4109     18:53     02 May 2018    
İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti özünə xəsarət yetirmə hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, ön xətt bölmələrindən birində xidmət edən və dözülməz şərait səbəbindən hərbi hissəni bir neçə dəfə tərk edən Armen Şirinyan adlı hərbi qulluqçu silahdan atəş açaraq özünü yaralayıb.

Məlumatda deyilir ki, A. Şirinyan ayaqyoluna getmək adı ilə döyüş mövqeyindən uzaqlaşıb. Atəş səsinə gələn xidmət yoldaşları bir az aralıda onu qan içində tapıblar. Ağdərədəki hərbi tibb müəssisəsinə yerləşdirilən əsgərin vəziyyəti ağırlaşdığından Xankəndi hospitalına göndərilib.

Hadisə ictimaiyyətdən gizlədilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Xankəndi  


Bizi "telegram"da izləyin